Ölkə

Bakıda iki avtobus toqquşdu: yaralılar var

29 May 2015 10:39
0 Şərh     Baxış: 2 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən anspress-ə verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Komsomolski" dairəsi adlanan ərazidə Mərdəkandan şəhərə gələn 100 saylı, "Daewoo" markalı, 10 TY 274 nömrə nişanlı avtobusla "Hyundai" markalı avtobus toqquşub.

Qəza nəticəsində sərnişin avtobusunda 4 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya uğrayan "Hyundai" markalı avtobus Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsus olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.