Ölkə

Ələt-Astara yolunda 10 günlük problem - FOTO

28 May 2015 20:13
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Ələt-Astara avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü normadan artıq yüklənmiş ağır tonnajlı maşının keçidindən sonra qəzalı vəziyyətə düşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, qəza nəticəsində 90 metr uzunluğu olan körpünün hərəkət zolaqlarından biri təmirə dayandırılıb. Bu üzdən avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Körpünün sıradan çıxmış 4 tirinin bərpasına isə 10 günə yaxın vaxt lazım olacağı bildirilir.

Bərpa işlərini Azərbaycanda ən böyük körpü inşaatçısı olan "EVROSCON" şirkəti həyata keçirəcək. Artıq şirkətin mütəxəssisləri hadisə yerinə gələrək "Azəryolservis" ASC-nin nümayəndələri ilə birgə qəzalı vəziyyətə düşmüş körpüyə baxış keçiriblər. Qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün müvafiq rəy hazırlanıb.

Qeyd edək ki, hazırda yeni çəkilən Ələt-Astara avtomobil yolunun tikintisini və həmin yolun üzərində inşası başa çatdırılmaqda olan körpünün tikintisini də "EVROSCON" şirkəti həyata keçirir.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.