Ölkə

Bakı avtobusunda hərbə-zorba: "Çənəni sındıraram" - VİDEO - FOTO

28 May 2015 09:24
11 Şərh     Baxış: 4 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişin avtobusunda daha bir sürücü özbaşınalığı baş verib.

Anspress-in məlumatına görə, 10-TH-026 dövlət nömrə nişanlı 88 saylı marşrutun sürücüsü avtobusu idarə edərkən telefonla danışıb. Bu isə sərnişinlərin narazılığına səbəb olub.

Sərnişinlər sürücüyə etiraz edərək bildiriblər ki, avtobusu idarə edərkən telefonla danışmasın. Daha sonra Türkiyə vətəndaşı ilə sürücü arasında mübahisə düşüb.

Sürücü isə bu iradla razılaşmayıb və sərnişinin üzərinə qışqırıb, "çənəni sındıraram" deyib. Halbuki, sürücü avtobusu telefonla danışa-danışa idarə edərkən sərnişinlərin də həyatını təhlükə altına atır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.