Ölkə

Sumqayıtda marşrut avtobusu qəzaya düşüb, yaralananlar var - YENİLƏNİB - FOTO

27 May 2015 16:45
0 Şərh     Baxış: 3 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtobus yük avtomobillərinə çırpılıb

16:45

Bu gün Sumqayıt şəhərində baş vermiş avtobus qəzasında xəsarət alanlar evə buraxılıb. Sumqayıt şəhər Polis İdarəsindən lent.az-a verilən məlumata görə, "Otoyol" markalı sərnişin avtobusunun "KamAZ" və "Shacman" markalı yük maşınlarına çırpılması nəticəsində nisbətən ağır xəsarət alan 2 nəfər Travmotologiya xəstəxanasında müalicələrini davam etdirir.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib və qəzanın səbəbləri araşdırılır. 

---------

12:09

Sumqayıt şəhərində marşrut avtobusu qəzaya düşüb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Tağıyev qəsəbəsində qeydə alınıb. "Otoyol" markalı marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.