Ölkə

Dəhşətli yanğında xəsarət alan ana-baladan xəbər var

26 May 2015 13:09
20 Şərh     Baxış: 4 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonunda binada baş verən yanğın nəticəsində xəsarət alanlardan daha 2-si evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, onlar Nərminə Həsənova və onun 2 yaşlı oğlu Murad Həsənovdur. L.Bayramova qeyd edib ki, hazırda Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2-si uşaq, 5-i qadın, 1-i isə kişidir. Onların da vəziyyəti stabildir və müalicələri başa çatandan sonra evə buraxılacaqlar.

Hadisə nəticəsində xəsarət alan və 6 saylı şəhər xəstəxanasında müalicə olunan 2 şəxsin isə 1-i bir neçə gün öncə evə buraxılıb, digəri isə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.

Hazırda yanğın nəticəsində xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.