Ölkə

Bakıda iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb

26 May 2015 12:03
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan paytaxtında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Nəsimi rayonu, S. Adil küçəsi 3 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Lətifovun idarə etdiyi "Mercedes-Vito" markalı, 99 DN 130 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tahir Fərəcovun idarə etdiyi "Daewoo" markalı, 90 TN 768 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə hər iki sürücü və sərnişinləri - Təranə Hənifəyeva, Gülnaz Mikayılova, İlkin Əhmədov, Ramin Rüstəmov, Vaqif Tağıyev, Aynur Zeynalova, İlkin Şərifov, Xəyal Şovziyev və Şabran rayon sakini Samir Məmmədov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.