Ölkə

Bakıda generalın qızlara divan tutan idmançı qohumuna cinayət işi açıldı

25 May 2015 17:14
53 Şərh     Baxış: 24 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının məşhur klubunda qızlara divan tutan general qohumu barəsində cinayət işi başlandı. Bu gecə "Famous" karaoke-klubda qızları döyən çempion İsa Əzizov Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə məsuliyətə cəlb olunub. İşi araşdıran Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı Müşfiq Cəbrayılov Milli.Az-a açıqlamasında bildirdi ki, toplanmış materiallar istintaqa göndərilib. Zərərçəkmişlərin izahatı alınıb. İ.Əzizovu isə hələ də tapmaq mümkün olmayıb. 

Hadisə zamanı hücuma məruz qalan Diana Babayeva Milli.Az-a açıqlamasında Rusiya vətəndaşı olduğunu və başına gələnlərlə bağlı səfirliyə müraciət edəcəyini vurğuladı. 

Milli.Az əldə edib ki, İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var. 

Onu da əlavə edək ki, İ.Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, bu gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib. 

Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.