Ölkə

Bakıda liftdə edam - balanın gözləri qarşısında

25 May 2015 10:26
53 Şərh     Baxış: 14 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dünən baş verən hadisə oxuyanların qanını donduracaq. Səbail rayonu, Bayıl qəsəbəsində ata azyaşlı övladının gözləri önündə faciəvi şəkildə ölüb. 

Milli.Az xəbər verir ki, saat 20 radələrində İ.Məmmədov küçəsi, bina 2-də 40 yaşlı Elmar Mustafayev 3-cü mərtəbədə övladı ilə liftdə qalıb. O, nasaz liftin qapılarını aralayaraq çıxmaq istəyib. Bu zaman nasaz lift işə düşüb və E.Mustafayevin başı liftin arasında qalıb. 
Faktla bağlı araşdırma aparılır. 

Baş vermiş hadisəni edam da adlandırmaq olar. Cəllad isə səhlənkarlıq, nasaz liftin vaxtında təmir olunmaması, habelə ehtiyatsızlıqdır. 

Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.