Ölkə

SOCAR əməkdaşının qızı ABŞ-da qıza "ərə" getdi

25 May 2015 08:48
60 Şərh     Baxış: 14 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Kamal Eynullayevin qızı Elnarə Eynullayeva Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə ailə həyatı qurub.

Axar.az "Nyu York Tayms" qəzetinə istinadla xəbər verir ki, onların toyu Kuinsdəki "Skventum Point Park"da bu gün keçirilib. Toy mərasimi Massaçusets ştat birliyinin icazəsi ilə baş tutub.

Cütlük Fazio-Eynullayeva soyadını götürəcək. Mərasimdə nikah şahidi Massaçusets ştatının senatoru Maykl Barrett olub.

Qeyd edək ki, 32 yaşlı xanım Fazio senator Barretin qanuni məsləhətçisidir. O, Uelesli kollecini bitirib və Kolumbiyada hüquq dərəcəsini alıb. O, Cozef və Debra H.Fazioların qızıdır.

28 yaşlı Eynullayeva Uolthamda iqtisadçı işləyir. Massaçusets Universitetini bitirib və Konnektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişidir. Anası Tünzalə Eynullayeva Massaçusets ştatında yaşayır, özünün "Dilaura Naturals" dəriyə qulluq üçün kosmetik vasitələr istehsal edən şirkəti var, eyni zamanda, Sprinqfild məktəbində yarımştat müəllim kimi çalışır.

Xatırladaq ki, Massaçusets ştatında eynicinslərin nikahı qanunidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.