Ölkə

Biləsuvarda keçid məntəqəsində nə baş verir? - FOTO

24 May 2015 16:37
3 Şərh     Baxış: 3 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçid məntəqənin gömrük zonasında dünən də, bu gun də heç bir problem yaranmayıb.

Qeyd edək ki, dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə həqiqətə uyğun olmayan xəbərlər yayılmış, məsələyə aidiyyatı olmayan və guya bu sıxlığı əks etdirən fotoşəkil yerləşdirilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.