Ölkə

Bakıdakı binaların təhlükəsi tək üzlük ki... - FOTO

23 May 2015 13:07
2 Şərh     Baxış: 4 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş vermiş dəhşətli yanğın artıq insanları ayıq-sayıq olmağa, eyni zamanda ən xırda nöqsanı belə qabartmağa məcbur edir 

Burada binanın yanğın təhlükəsizliyi təkcə onun üzlüklərində yox, başqa məqamları da gündəmə gətirir. Oxucular Milli.Az-a Bakıda inşa olunan yeni binanın yanğın təhlükəsindən şikayətlənirlər. Bildirirlər ki, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında bir-birirnə yaxın çoxmərtəbəli yaşayış binası inşa olunur. Həmin binalar arasındakı məsəfə o qədər yaxındır ki, bir mənzildə baş verəcək yanğın və digər fövqəladə hadisə qarşı binadakına təsirsiz ötüşməyəcək.

Tikintini həyata keçirən "İmperial" şirkətinin rəsmisi Milli.Az-a bildirdi ki, onların inşa etdiyi binalar arasındakı məsafə 15-17 metrdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihə əsasında inşa olunur. 

Şirkət rəsmisi söhbətin gedişində Bakıdakı başqa tikinti şirkətlərini hədəf seçdi: "Niyə gedib bir-birinin qarnında olan binalar tikən şirkətlərdən yazmırsınız? Təzə bazarın yanında, keçmiş leytnant Şmit küçəsi boyunca tikilən binarar arasındakı məsafəyə baxın, sonra bizdən yazın". 

Gülər

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.