Ölkə

Bakıda yanan binanın sakinlərinə pul nə vaxt veriləcək?

22 May 2015 13:02
0 Şərh     Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb.
 
Milli.Az-ın məlumatına görə, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alanların hər birinə 5 min manat, bu binanın sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Milli.Az-a açıqlamasında bildirdi ki, hələlik zərərçəkmişlərə birdəfəlik ödənişlər və kirayə pulları ödənilir. Bunun üçün Buinəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində qərargah yaradılıb. Zərərçəkən insanlar həmin qərargaha yaxınlaşaraq kirayə üçün ödəniş alırlar. Bundan əlavə, 1000 manat birdəfəlik ödənişlər verilir. 

Bundan başqa, əmlakına ziyan dəymiş ailələrin hər birinə 20 min, dünyasını dəyişən şəxslərin hər birinin ailəsinə 15 min manat ödənilməsi ilə bağlı qərar verilib. Ancaq hələlik onun icrası ilə bağlı məlumat yoxdur. 

Şöbə müdiri əlavə etdi ki, evləri yanan insanların mənzilləri bir neçə aydan sonra əsaslı təmir olunmaqla özlərinə təhvil veriləcək: "Hazırda qərargahda vətəndaşlara dəymiş ziyanın dəyəri müəyyənləşdirlir. Onların əmlakı özlərinin dedikləri kimi də qeydə alınır. Sakinlər nə deyirlərsə, o da ediləcək".

Gülər

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.