Ölkə

Bakıda insanların yolunu kəsən icra başçısı kimdir? - FOTO

22 May 2015 11:33
5 Şərh     Baxış: 5 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dövlət məmuru insanların yolunu kəsib. Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 38 saylı binanın sakinləri isə onların yolunu kəsən məmurla bacara bilmirlər. 

Yoluna sədd çəkilən sakinlər Milli.Az-a bildiriblər ki, tikinti aparılan ərazi 2007-ci ildə Nəsimi bələdiyyəsi tərəfindən Aygül Musayevaya ayrılıb. Daha sonra isə həmin sahənin yaxınlıqdakı sahibkar Arifə Camalqızının olması ortaya atıldı. Arxivdən araşdırılıb məlum oldu ki, hər iki şəxsin adına heç bir torpaq sahəsi yoxdur.

Məhkəmədə torpaq sənədinin ləğvi, eyni zamanda tikintiyə icazə verən sərəncamın ləğvi ilə bağlı iki iddia qaldırıldı. İş məhkəməyə veriləndən sonra apellyasiya instansiyasında məlum oldu ki, heç bir sənəd olmayıb və işi birinci instansiya məhkəməsinə qaytarıb.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il 29 dekabr tarixli məktubu ilə qeyri-yaşayış sahəsinin tikintisinə dair razılaşdırılmış layihəni etibarsız hesab edib.

Sakinlər iddia edirlər ki, yollarının kəsilməsində səbəbkar rayonlardan birinin icra hakimiyyətinin başçısından biridir və ona isə göz yumulur: "Bir nəfər ərazini qazanc üçün obyektə çevirmək istəyir və bunun nəticəsində yoldan həyətə girmək üçün dar bir cığır qalıb. Həmin şəxsə etirazımızı bildirdik, 2007-ci ildə inşası başa çatdırılan tikintini yarımçıq qoyduq. 2012-ci ildə yenidən cəhd etdi, dövlət qurumlarını məsələyə qatandan sonra tikili söküldü. Biz bu məsələləri hazırda yolumuzu kəsən adama xatırlatdıq. Lakin həmin şəxs ya başa düşmür, ya da istəmir. Özünü obyektin ya yiyəsi, ya da icraçısı kimi təqdim edən Hüseyn adlı şəxs deyir ki, 70 min manat xərcim çıxıb. Sizin acığınıza tikdirəcəm. Biz tikinti aparmağa qoymuruq. Ərizə və şikayətlər yazaraq haqqımızı tələb edirik".

Nəsimi Rayon İcra Hakimiyyətinin bir neçə şöbə müdiri isə məsələ ilə bağlı cavab verməyi bir-birinin üstünə atdı. İcra hakimiyyətinin 3 şöbə müdirindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmadı. 

Anar Məmmədov

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.