Banklar

"İstənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır" - Fransalı senator

13 Mart 2017 12:53
1 Şərh     Baxış: 1 424

Azərbaycanın torpaqları işğal olunub, yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Ancaq hansı yolla olur-olsun, bu torpaqlar Azərbaycana qaytarılmalıdır, Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir və öz torpaqları üzərində nəzarəti bərpa etməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bu gün Milli Məclisdə keçirilən görüşdə deyib.

A.Reyşar deyib: "Biz çox gözəl başa düşürük ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi qayğısı mövcuddur. Biz - burada əyləşən şəxslərin hər biri artıq bu barədə yetərincə məlumata malikik. Biz Fransada fəal iş aparırıq ki, Azərbaycanın haqq işinə dəstək verək".

A.Reyşar vurğulayıb ki, ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddində olduğunu göstərir: "Bu, onu göstərdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Od Yalo · 13 Mart 18:2200

    Cox saqol. Duz 25 ildir , her gun deyilirki, isqald olan torpaq , tecili Azerbaycana qayrarilmalidir. Axi qayitmir axi . Daha ermenilere sarsidici zeribe vurulmalidir. Bunuda deyin da. Teziqi guclendirin da. Essek ne bilir zefaran nedi .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.