İqtisadiyyat

Muğanbank İsmayıllı rayonunda yaşıllaşdırma aksiyasında iştirak edib

24 Aprel 2014 11:15
Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Muğanbankın iştirakı ilə İsmayıllı rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
 

Mövcud yaşıllığın qorunması və artırılmasını nəzərdə tutan aksiyada Muğanbankın əməkdaşları yaxından iştirak etmişlər. Aksiya zamanı 800 m2 sahə hasara alınaraq 80 ədəd şam və akasiya ağacları əkilmişdir.
 

Xeyli sayda ağacın əkildiyi ərazi bundan sonra "Muğanbank" ASC-nin daimi nəzarətində olacaq. Belə ki, orada əkilmiş və gələcəkdə sayı artırılacaq ağaclara qulluq edilməsi və müvafiq iməcilik işləri "Muğanbank" ASC tərəfindən həyata keçiriləcək.
 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 33 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
 

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə, http://www.muganbank.az/ saytına və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.