BAKU-2015

"İlk Avropa Oyunları qədim Bakı torpağında" klipinin təqdimatı oldu - FOTO

16 May 2015 17:05
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Beynəlxalq Muğam Mərkəzində "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnının və klipin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir A.Rəhimov və "ASAN xidmət"in sədri İ.Kərimov idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edərək Azərbaycan incəsənət ustalarına təşəkkür ediblər.

"ASAN xidmət" könüllülərinin təşəbbüsü ilə hazırlanan klip ilk dəfə bu gün nümayiş etdirilib və mərasimə toplaşanların alqışları ilə qarşılanıb.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru A.Rəhimov mahnı və kliplə bağlı deyib: "Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədir. İnanıram ki, bu mahnı və klipi tək idman azarkeşləri deyil, bütün xalqımız maraqla dinləyəcək".

"ASAN xidmət"in sədri İ.Kərimov Avropa Oyunları və klipin təqdimatı barədə fikirlərini bildirib: "Azərbaycanda idmana dövlət qayğısı və bu sahəyə maraq ilbəil artır. Qitə tarixində ilk dəfə olaraq, məhz Bakıda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq. İnanıram ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımıza bir töhfə olacaq".

Tədbirdə Azərbaycanın tanınmış müğənniləri, əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov da çıxış edərək, I Avropa Oyunlarınn ölkəmizin tarixində ən qürurverici hadisələrdən olduğunu, yarışların başlanmasını bütün xalqımızın, o cümlədən, incəsənət ustalarımızın da səbirsizliklə gözlədiklərini qeyd ediblər.

Tədbirin sonunda akapella və fleşmob təşkil olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.