Avto

Möhtəşəm BMW M6 - VİDEO

21 Dekabr 2014 14:55
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BMW M6 haqqında nə istəsən deyə bilərsən, amma BMW şirkətində yaxşı reklamı necə hazırlamaq lazım olduğunu çox əla bilirlər. Onların son işi - getdikcə güclənən ürək döyüntüsü, yaxşı saundtrek və diqqətlə seçilmiş kadrlardan ibarət videoçarx buna bir daha sübutdur.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, M6 versiyasının özünə gəldikdə isə onun yalnız əsas optikasını yeniləməklə kifayətləniblər - işıqdiod fənərlər artıq standart versiyada olacaq. Amma BMW -dən daha çox yenilik gözlənilirdi...

Mütəxəssislər hesab edir ki, məsələn, texniki göstəriciləri yaxşılaşdırmaq mümkün idi. M6 (Coupe, Convertible, Gran Coupe) sırası modellərinin at gücü rəqiblərindən geri qalır. 560 a.g. və 680 Nm - istənilən hər hansı bir avtomobil üçün həddindən artıq çoxdur, amma rəqiblərdə bundan da çox olanda, demək bu haqda bir balaca fikirləşməyə dəyərdi. Ən azı X5 M və X6 M modellərinin güc aqreqatlarından (575 a.g. və 750 Nm) istifadə etmək olardı.

Yeni M6 standart işıqdiod fənərlər, səciyyəvi radiator barmaqlığı, dönmə işıqları yaxınlığında qəlsəmələr və yeni arxa diffuzor əldə edib.

Milli.Az

 Videonu izləmək üçün şəkilə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.