Avto

Maserati üçün yeni stil - FOTO

20 Dekabr 2014 23:18
0 Şərh     Baxış: 1 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
McCustoms emalatxanasında çalışan amerikalı tünerlər həm müasir, həm də keçmiş illərin modelləri ilə eyni dərəcədə yaxşı işləyə bilirlər. Onların yeni layihəsi, bundan əvvəlki nəsil Maserati Quattroporte dördqapılı kupesi bunu bir daha sübut edir. Dördqapılı dəbdəbəli sportkar zaman keçdikcə və daha müasir versiyası işıq üzü gördükdən sonra əvvəlki kimi cəlbedici görünmür, lakin bu çatışmazlığı aparılmış xüsusi kosmetik əməliyyatlar aradan qaldıra bilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, əsas donuq qara rəngdə kuzova tünerlər gözü yormayan qızılı detallar (radiator barmaqlığı, pəncərə haşiyələri, qapı dəstəkləri, italiyalı avtoistehsalçının firma emblemi, yük yeri qapısının üstlüyü və qabaq qanadlarda havalanma dəliklərinin taxmaları) əlavə ediblər. Alçaq profilli şinlər geyindirilmiş 22 düymlük Vellano VTV Concave diskləri də analoji rəng sxemi ilə işlənib. Bundan başqa, avtomobil tutqun işıq texnikası, ton verilmiş şüşələr və gündüz işıqdiod lampaları əldə edib.

Əvvəlki nəsil Maserati Quattroporte endirilmiş asqı və ön bamperin splitteri, yan ətəklər, arxa bamperin diffuzoru və yük yeri spoylerindən ibarət yeni bodi kit hesabına daha idmançı və unikal görkəm əldə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.