Avto

Qəribə, bəlkə də absurd Mini - FOTO

21 Noyabr 2014 22:47
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkildə gördüyünüz avtomobil 1975-ci ildə Florida ştatının Yupiter şəhərində ZCars şirkəti tərəfindən buraxılmış Austin Mini modelidir. Onu elə bu dəqiqə 35 000 dollara almaq mümkündür.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin mühərriki qabaqda deyil, arxada yerləşir. Maşının sahibi kifayət qədər lütfkar insan olduğundan bu mühərriki polikarbonat pəncərəli izolyasiya ekranı ilə ayırıb. Beləliklə sürücünün saçlarının bu bədheybətin kompressoru tərəfindən sorulması təhlükəsinin qarşısı alınıb. Texniki nöqteyi-nəzərdən qeyd edilən mühərrik 2005-ci il Acura RSX Type-S modelindən götürülərək 495 at gücünədək gücləndirilmiş Honda istehsalı dörd silindrli K20Z1 aqreqatıdır.

İnteryer tamamilə unikaldır və siz ona nə qədər pul xərcləndiyini dərhal təxmin edə bilərsiz. Satıcının bildirdiyi saysız-hesabsız modifikasiyaları nəzərə alsaq bu işə 100 min dolların xərclənməsi həqiqətdən çox uzaq deyil.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.