Avto

Çılğın Chevrolet Colorado - FOTO

23 Noyabr 2014 16:36
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Chevrolet şirkəti Los-Anceles avtosalonunda Colorado pikapının ZR2 adlı xüsusi versiyasını təqdim edib. Prototip seriya modelindən yolsuzluq ərazisində daha rahat hərəkət edə bilməsi üçün xüsusi hazırlığı ilə fərqlənir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, pikapın ön və arxa hissələri dəyişdirilib. Bundan başqa Colorado -nın eni 10 sm, yol səthindən ara məsafəsi isə 5 sm artıb.

Prototip qabaq hissədə yedək rəzəsi, King amortizatorları, yolsuzluq şinləri geyindirilmiş 18 düymlük təkər diskləri, ehtiyat təkər və 121 santimetrlik reykası olan domkratla təchiz edilib.

Colorado pikapını Duramax ailəsinə məxsus 183 a.g. və 500 Nm fırlanma anı hasil edən 2,8 litrlik yeni dizel mühərriki ilə komplektləşdiriblər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.