Avto

Çox gözlənilən Honda HR-V - FOTO

23 Noyabr 2014 15:19
1 Şərh     Baxış: 2 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2016-cı model ilinin yığcam Honda HR-V krossoverinin premyerası Los-Anceles avtosalonunda baş tutub. Artıq 2015-ci ilin əvvəlində satışa çıxarılacaq bu balaca krossover Chevrolet Trax və Mazda CX-3 modelləri ilə rəqabət aparacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, krossover Honda avtomobilləri üçün səciyyəvi olan və iri radiator barmaqlığı və firma faraları ilə seçilən dizayn əldə edib.

Şirkət yeni modelin ətraflı texniki xüsusiyyətlərini açıqlamaqdan imtina edib. Lakin məlumdur ki, HV-R 138 a.g. və 172 Nm fırlanma anı hasil edən 1,8 litrlik dörd silindrli mühərriklə təchiz ediləcək. Standart versiyada avtomobil ön, opsiyada isə tam ötürmə ilə təklif ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.