Avto

Vəd olunduğu kimi, Cadillac - FOTOSESSİYA

23 Noyabr 2014 12:23
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Vəd edildiyi kimi Cadillac şirkəti ATS sedan və kupenin ATS-V adlı "qaynar" versiyalarını tamamilə məxvilikdən çıxardı. Hər iki model Los-Anceles avtosalonunda nümayiş etdirilir. Satışlar 2015-ci ilin yazında başlanacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, standart ATS -dən fərqlər artıq xarici görkəmdən başlayır. Bunlar yeni xırda şəbəkəli radiator barmaqlığı, kapotun üzərində V-şəkilli iri hava çəpəri və qabaq bamperin aşağısında əlavə yarıqlar və splitterdən ibarətdir. Asma yan ətəklər, arxa spoyler və dörd xaricetmə borusu ilə diffuzor davam etdirilib. 18 düymlük disklərə Michelin Pilot Super Sport şinləri geyindirilib.

Əlavə Carbon Fiber və Track paketlərinə karbon detallar, yüngül akumulyator və professional telemetrik sistem daxildir.

3,6 litrlik biturbo V6 mühərriki 455 a.g. və 603 Nm fırlanma anı hasil edir. Avtomobil 0-96 km/saat sürətlənməyə 3,9 saniyə vaxt sərf edir. Maksimal sürət 297 km/saat təşkil edir. Avtomobillərdə Brembo əyləc sistemi quraşdırılıb. Qiymətlər və komplektasiyalar haqqında ətraflı məlumat tezliklə açıqlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.