Avto

Bentley-dən möhtəşəm təqdimat - FOTOSESSİYA

23 Noyabr 2014 19:57
0 Şərh     Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Noyabrın 18-də Los-Anceles beynəlxalq avtosalonu işə başlayıb. Dünya miqyasında bu ən əhəmiyyətli sərgi olmasa da hər il burada sürprizlər qeydə alınır. Bu il çiyinlərində 107 illik tarix daşıyan tədbirdə 30-dan artıq dünya premyerası gözlənilir. 4charx.com saytı "Los-Anceles 2014" avtosalonundan ən maraqlı yenilikləri burada sizinlə bölüşəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Bentley Los-Anceles avtosalonunda dəbdəbəli Grand Convertible konseptini təqdim edib. Belə sadə ad ilə maşın gələcək Azure nəslinə ilkin baxış hesab edilə bilər. Bu modelinin gələcək taleyi həll həl edilməyib və ingilislər ABŞ-da potensial auditoriya arasında rəy sorğusu keçirəcəklər.

Beləliklə texniki cəhətdən Grand Convertible iki qapısı ləğv edilmiş kuzov və yumşaq materialdan hazırlanmış çıxarıla bilən damdan ibarətdir. Dörd nəfərlik kabriolet həm xaricdən, həm də daxildən sabitləşmiş Bentley stilini davam etdirir. Bentley bildirir ki, salonda istifadə edilən olduqca qiymətli ağac materiallarının ümumi sahəsi marka üçün rekord miqdardadır.

Avtomobil 530 a.g. olan 6,75 litrlik V8 mühərriki ilə təchiz edilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.