Avto

Ford Explore 2016-cı ildə yenilənəcək - FOTO

24 Oktyabr 2014 17:54
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avtoistehsalçı elan edib ki, Explore modelini istehsal dövrünün ortasında yeniləmək fikrindədir. Bu krossoverin debütündən beş il keçdikdən sonra baş verəcək. 2016-cı ilin modeli yeni dizayn, mühərrikləri isə turbokompressor əldə edəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, şirkət artıq gələcək Explore -nin sınaqlarına başlayıb. Test-drayv zamanı onun ilk fotoşəkilləri də çəkilib. Həmin şəkillərdə yeni dizaynlı faralarla yenilənmiş qabaq hissə, yenilənmiş radiator barmaqlığı, və həmçinin yeni qabarıq bamper və hazırkı modeldə olduğundan xeyli yuxarıda yerləşmiş duman əleyhinə fənərlər göstərilir.

Yan tərəfdən baxdıqda hazırkı versiya ilə çox böyük fərqlər gözə dəymir. Yalnız yan ətəklər və qapılar yenilənib. Arxada yeni arxa fənərlər, arxa qapı və yeni bamper peyda olub.

Yenilənmiş Ford Explore salonu hələlik heç vaxt kameranın obyektivinə tuş gəlməsə də onun da yeni tərtibat və dizayn, daha yaxşı materiallar və yenilənmiş məlumat-əyləncə sistemi əldə edəcəyi məlumdur.

Məlumatlara görə Ford Explore 2016 yeni güc aqreqatları ilə təklif ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.