Avto

2 min at gücündə super maşın hazırlanır - FOTO

24 Oktyabr 2014 20:38
1 Şərh     Baxış: 5 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın Trion SuperCars şirkəti Bugatti Veyron və Koenigsegg One:1 avtomobilləri ilə rəqabət aparacaq Nemesis hiperkarın seriya buraxılışının başlanması vaxtını müəyyən edib. Autocar xəbər verir ki, kupedən cəmi 50 nüsxə buraxılacaq və o 2016-cı ilin yanvarında konveyerə çıxarılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model səkkiz silindrli 9,0 litrlik tvin-turbo mühərrik, səkkiz pilləli sekvental ötürücü qutu və tam ötürmə sistemi ilə təchiz ediləcək.

0-100 km/saat sürətlənməni hiperkar təxminən 2,8 saniyəyə həyata keçirəcək. Onun maksimal sürəti isə saatda 450 km olacaq. Müqayisə üçün xatırladaq ki, 1200-güclü Bugatti Veyron Super Sport ilk "yüzlüyü" 2,5 saniyədə yığır. Onun maksimal sürəti isə saatda 430 kilometr olacaq.

Nemesis kupesi karbon monokok, karbon-plastik kuzov panelləri, aktiv aerodinamika, karbon-keramik diskli altı porşenli əyləc mexanizmi, iri yük bölməsi, rəqəmsal cihaz paneli və xüsusi "vəhşi rejimi" əldə edəcək. O, interyerin işıqlanmasını, yol səthindən ara məsafəsini, xaricetmənin səsini və maksimal dövrlər məhdudlaşdırıcısını dəyişə biləcək.

Avtomobilin qiyməti təxminən bir milyon dollar olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.