Avto

Mercedes-Benz aqressivləşdi - FOTO

24 Oktyabr 2014 18:33
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alman tüneri "Prior-Design" Mercedes-Benz S-Slass-ın (W221) növbəti yenilənmiş variantını təqdim edib. "Black Edition V3" adlanan bodi-kit böyük sedanı nadir sportkara çevirməyə imkan verir. 

Milli.Az auto.az-a istinadən bildirir ki, aqressiv xarici görünüşünə baxmayaraq, avtomobil sərnişinlər üçün maksimal rahatlığını saxlayıb. Yeni aerodinamik ban asması ilə yanaşı, avtomobil sahibləri böyük diamterli təkərlər, eksklüziv işləmələr və dəbli aksessuarlar da sifariş edə bilərlər. 

Sedan splitteri olan yeni qabaq bamper, vertikal kəsikləri olan daha enli qabaq qanadlar, fərqli kapot, maksimal kandar əlavələri, arxa qanadlarda təkər arkaları genişləndiriciləri, diffuzoru olan arxa bamper və baqaj qapağının kənarında spoyler alıb. 

Şəkildə gördüyümüz avtomobili, həmçinin müxtəlif ölçüləri olan disklərlə və qaz buraxma sistemində cüt borularla təchiz ediblər. Ban tutqun boz rəngdədir və çoxlu sayda qara aksentlər alıb. 

"Prior-Design"-a əlavə pul ödədikdə daxili tərtibatı da yeniləmək olar. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.