Avto

700 min avroya qaraj satılır - FOTOSESSİYA

22 Oktyabr 2014 23:48
0 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Londonun prestijli Çelsi rayonunda 50 kv.m sahədə köhnə və kiflənmiş bir qaraj satışa çıxarılır. Tikilinin çox kiçik və olduqca pis vəziyyətdə olmasına baxmayaraq qiyməti 550 000 funt sterlinqdir (695 000 avro).

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Britaniyanın Daily Mail dərgisinin fikrincə bu ölkədə ən bahalı qarajlardan biridir. Tikili bir ədəd yığcam maşın üçün nəzərdə tutulub, onun uzunluğu 3,5 m, eni 2,1 metrdir. Sahənin sahibi onu oktyabrın 30-da London hərraclarının birində satışa çıxarmaq istəyir.

Aydın məsələdir ki, qaraj özlüyündə xüsusi bir dəyərə malik deyil. Belə ağlasığmaz qiymətin əsas səbəbi isə onun yerləşdiyi rayon və şəhər hakimiyyətinin həmin sahədə tikinti tikməyə icazə verməsidir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.