Avto

Əsrin casus maşını hazırlandı - FOTO

22 Oktyabr 2014 19:16
0 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Latviyanın Dartz şirkəti yeni zirehli yolsuzluq avtomobili - Black Shark təqdim edib. Layihə müəllifləri bu maşını "XXI əsrin əsl casus maşını" adlandırırlar.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Dartz yolsuzluq avtomobili Mercedes-Benz GL bazasında yığılacaq. Maşın üçün ya 5,5 litrlik "səkkizlik" tvin-turbo, ya da altı litrlik V12 mühərrik təklif edilir. Müştərinin sifarişi ilə şirkət güc qurğularının hasilatını 1500 at gücünə çatdırmağa hazır olduğunu bildirib. Yolsuzluq avtomobilinin dizaynını işləyərkən şirkətin mütəxəssisləri Ka-50 "Qara akula" helikopterin xarici görünüşündən istifadə ediblər. Avtomobilin kuzov panellərini onu maqnit minalarından qorumaq üçün Kevlar və titandan hazırlamaq planlşdırılır. Ballistik müdafiə səviyyəsinə görə maşının qorunması B7 səviyyəsinə uyğundur. Black Shark yolsuzluq avtomobilinin lazım gələrsə bağlana bilən hətta radiator barmaqlığı belə zirehli düzəldilib.

Avtomobilin maraqlı təchizatlarından bir də elektroşoklu "antipaparassi" sistemidir. Salonda Xbox One və PlayStation 4 oyun qurğuları və həmçinin qızıl suyuna çəkilmiş qəlyan da yer alacaq.

Dartz cəmi beş belə maşın buraxmağı planlaşdırır. Daha bir maşın isə londonlu bir müştərinin xüsusi sifarişi ilə hazırlanacaq. Həmin sifarişçinin qızı üçün həmçinin Swarovski kristalları ilə naxışlanmış başqa bir maşın hazırlanacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.