Avto

Bentley Mulsanne təkmilləşdi - FOTO

20 Sentyabr 2014 19:39
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Paris avtosalonunda Britaniya markası "Bentley"-nin əsas təqdimatı sedan "Mulsanne Speed" olacaq. Avtomobil təkmilləşdirilmiş texniki hissələr, o cümlədən bəzi daxili və xarici kosmetik yeniliklər alıb. Flaqman modelinin ən güclü versiyasının satışı bu ilin sonunda başlayacaq. 

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobilin təkmilləşdirilmiş modifikasiyasını qara radiator barmaqlığı, yeni konstruksiyalı 21-düymlük disklərlə tanımaq olar. Bəzi dekorativ elementlər də qara rəngdədir, ban üçün mümkün rənglər siyahısına isə daha 4 ton əlavə edilib. 

Salonda daha gözəgəlimli yeniliklər xüsusi pedal əlavələri və oturacaqlarda rombşəkilli tikişlərdir. Burada, həmçinin yeni dekorativ lövhələr, qara ağac və karbon da görmək olar. 

6,75-litr həcmi olan tvin-turbo V8 mühərrikini yüksək məhsuldarlı forsunkalarla, təkmilləşdirilmiş yanma kamerası, turbo kompressorlarla və s. təchiz ediblər. Mühərriklərdəki yeniliklər ona 25 a.g. və 80 Nm əlavə güc verib ki, indi bu rəqəm 537 a.g. və 1100 Nm-dir. 

Avtomobil ilk yüzlüyə adi "Bentley Mulsanne"-dən 0.4 saniyə daha tez çataraq bu işi 4.9 saniyəyə görür. Maksimal sürət isə artıq 305 km/saatdır. Səkkiz pilləli avtomat sürət qutusunun tənzimlənməsi isə yanacağa da qənaət etmək imkanı verir. 

İdman sedanı yeni "Sport" rejimi də alıb ki, bu zaman sükan daha həssas, pnevmatik asma daha sərt olur və mühərrik 2000-dən aşağı dövr etmir. 

Avropada "Bentley Mulsanne Speed" təqribən 315 min avroya satılacaq. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.