Avto

Evanta Barchetta təqdim olundu - FOTO

15 Sentyabr 2014 21:37
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kiçik ingilis istehsalçı Evanta Motors özünün yeni dahiyanə layihəsini - iki nəfərlik Evanta Barchetta modelini açıqlayıb. Ailə şirkətinin növbəti dəbdəbəli məhsulunun açıq təqdimatı Goodwood Revival-2014 avtomobil şousnda baş tutub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, mahiyyətcə Evanta Barchetta dizayn və stli ilə bizə keçən əsrin ortalarında buraxılmış avtomobilləri xatırladan və çox da böyük olmayan, idmansayağı, mükəmməl iki nəfərlik rodsterdir.

Evanta Barchetta rodsterin kuzovu kevlardan və ya alüminiumdan ola bilər. Hər şey müştərinin istəyindən asılıdır.

Raritet görkəmli bu avtomobilin mühərrik bölməsində ən azı 450 a.g. hasil edən 6,2 litrlik V8 Chevrolet LS3 aqreqatı yer alıb. Avtomat transmissiya ilə birlikdə mühərrik avtomobilə ilk "yüzlüyü" 4,5 saniyədə qət etməyə imkan verir.

Evanta Motors bu rodsterdən cəmi 99 nüsxə buraxacaq. Şirkət təmsilçilərinin dediyinə görə ildə 16 nüsxədən artıq maşın buraxılmayacaq.

Yeni eksklüziv avtomobilin qiymətinə gəldikdə isə əllə yığılacaq hər bir Evanta Barchetta rodsteri üçün müştərilər ən azı 125 000 £ (203 300$/156 900 €) ödəməli olacaqlar. Həm də bu yalnız kevlardan olacaq standart versiyanın qiymətidir. Alüminium kuzovlu avtomobilin qiyməti isə 165 000 £ (268 300 $/207 000 €) olacaq. Başqa sözlə, alüminium avtomobil 40 000 funt sterlinq baha başa gələcək.

Evanta Barchetta rodsteri rəsmi təqdimatı zamanı şirkətin təmsilçiləri qeyd ediblər ki, onların bu modelin GT əlavəli "qaynar" versiyasını da buraxmaq planları da var. Həmin avtomobilin necə olacağını təsəvvür etmək belə çətindir!

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.