Avto

Toyota Camry dəyişəcək - FOTO

14 Sentyabr 2014 13:51
0 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yapon avtoistehsalçı yenilənmiş Toyota Camry modelini təqdim edər-etməz özünün tüninq proqramları ilə məşhur olan Modellista şirkəti model üçün Luxury & Dandy konseptinə uyğun hazırlanmış tüninq proqramını elan edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu sıraya bütün yeni Camry modelləri üçün yarayan iki aerodinamik komplekt və ayrı-ayrı asma elementləri daxildir. Birinci aerodinamik komplekt Aero kit A adlandırılıb. Ona qabaq spoiler, yan ətəklər və arxa ətək daxildir. Qiyməti 1 495 dollardır. Digər aerodinamik komplekt məntiqi olaraq Aero kit B adlandırılıb. O da qabaq spoylerdən və yan ətəklərdən ibarətdir, lakin arxa ətək yerinə Modellista arxa müqavimət sipəri təklif edir.Aero kit B tüninq komplektinin qiyməti 1 265 dollardır.

Aerodinamik asmalardan başqa Modellista yenilənmiş qara rəngli radiator barmaqlığı, bürünc rəngli 18 düymlük WingDancerV alüminium təkər diskləri və yeni cihaz paneli də təklif edir. Təkər diskləri Michelin Pilot Sport 3 şinləri ilə birlikdə 2 730 dollardır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.