Avto

Superlüks Cadillac Escalade - VİDEO - FOTO

14 Sentyabr 2014 18:48
0 Şərh     Baxış: 2 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çox zəngin biznesmenlər üçün seriya avtomobillərini dəbdəbəli səyyar kabinetə çevirməklə məşğul olan Lexani Motorcars şirkəti əlavələrlə tamamlama işlərini sona çatdırdığı Cadillac Escalade Concept One yolsuzluq avtomobilini təqdim edib. Xarici görünüşünə görə adi avtomobildən heç nə ilə fərqlənməyən Cadillac Escalade Concept One dizaynı müştərinin xüsusi sifarişi əsasında işlənmiş salona sahibdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, maşının təchizatına hətta ən bahalı limuzinlər belə qibtə edə bilər. Avtomobildə baş vermiş bu dəyişiklik onun sahibinə 320 000 dollara başa gələcək.

Cadillac Escalade interyeri iki zonaya bölünüb. Birinci zona sürücü və məsələn, cangüdən üçün nəzərdə tutulub. İkinci zona isə avtomobil sahibinin iş kabineti kimi və biznes tərəfdaşlarını qəbul etmək üçün istifadə edilə biləcək. Arakəsmədə 40 düymlük Samsung LED Smart TV televizoru quraşdırılıb və birbaşa onun aşağısında yüksək keyfiyyətli İtaliya dərisi ilə işlənmiş iki qatlama kürsü yerləşir. Altı istiqamətdə nizamlanan və isitmə, havalanma və massaj funksiyalı daha iki dəri kürsü yük yeri qapısına doğru sürüşdürülüb.

Bortda iki ədəd 7 düymlük monitor, tamölçülü iPad Air planşeti, tutqunlaşan şüşələr, Contrl4 System idarəetmə sisteminin sensor displeyinin yerləşdiyi hündür mərkəzi konsol, bir cüt qatlama taxta stol və premial audiosistem də quraşdırılıb. Sürücü ilə ya telefon dəstəyi, ya da elektrik ötürmə vasitəsi ilə arakəsməni yığışdırmaqla danışmaq mümkündür. Yolsuzluq avtomobili daxili tərtibatına onun sahibinin ad və soyadının baş hərfləri fərdilik əlavə edir.

Opsiyada avtomobil 24 karatlıq qızıldan dekorativ aksentlər, seyf, Espresso kofe maşını, perimeter boyu qoruyucu zirehli təbəqə, həyəcan siqnallı təhlükəsizlik sistemi və videokonfranslar keçirmək üçün texnologiya ilə də təmin edilə bilər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.