Avto

Toyota-dan heyrətamiz furqon - FOTO

14 Sentyabr 2014 19:46
0 Şərh     Baxış: 2 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu ilin yanvarında konseptual FT-1 sportkarını təqdim etmiş Kaliforniyadakı Toyota dizayn studiyası daha bir prototip - Urban Utility (qısaca U2) hazırlayıb. Layihə müəlliflərinin sözlərinə görə bu furqon özündə getdikcə böyüməkdə olan urbanizasiya şəraitində ideal şəhər avtomobilinin necə ola biləcəyini təcəssüm etdirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Toyota dizayn studiyası təmsilçiləri bildirblər ki, qabaritlərinə görə kompakt avtomobil hesab edilən Toyota U2 pikap funsionallığına və yük furqonunda olduğu kimi geniş salona sahibdir. Konsept meqapolislərdə sürücülərin öz avtomobillərinə olan əsas tələblərini ödəməyə qabildir. Bu tələblərə yaxşı yanacaq qənaətcilliyi, manevr imkanları və şəhər tikililəri arasında rahat idarəetmə, həmçinin sadə yükləmə və boşaltma qabiliyyəti də daxildir.

Prototipin interyeri üçün xüsusi transformasiya sxemi işlənərək hazırlanıb. O cümlədən, döşəmədə, divarlarda və tavanda quraşdırılmış rels sisteminə alətlər yeşiyindən tutmuş velosipedə və serfinq lövhəsinədək müxtəlif yüklər bərkitmək mümkündür.

Avtomobilin salonu ya tamamilə sərnişinlər üçün (ümumilikdə dörd ədəd əlavə kürsü nəzərdə tutulub), ya da tamamilə yük üçün istifadə edilə bilər.

Konseptin açıq premyerası sentyabrın 20-də Nyu-York şəhərində keçiriləcək. Belə bir avtomobilin seriya buraxılışı haqqında hələlik məlumat verilmir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.