Avto

Audi-dən gələcək...

14 Sentyabr 2014 17:15
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Noyabr ayında Los-Anceles avtosalonunda alman avtomobil istehsalçısı gələcək flaqman "Audi A9"-un müjdəçisi olan yeni konsept təqdim edəcək. Şayiələrə görə, avtomobil banı 5 metrdən uzun olacaq 4-qapılı böyük kupe olacaq.

"Autocar" nəşriyyatının "Audi"-ə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, avtomobil MLB platforması əsasında yığılacaq (eyni platforma Audi A8-də də olacaq), A9-un xarici görünüşü isə "Audi"-nin baş stilisti Mark Lixte tərəfindən markanın yeni dizayn konsepsiyası əsasında hazırlanacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki,məhz Lixte "VW Passat"-ın 8-ci nəslinin xarici görünüşünü hazırlamışdı. "Audi"-də bildirirlər ki, A9 ilə marka tədricən yeni korporativ dizayna keçəcək və indiki görünüşün bir sıra tanınmış cizgilərini qoruyub saxlayacaq. Lakin texnoloji cəhətdən daha irəli gedəcək və markanı yeni mərhələyə çıxaracaq.

Yenilik üçün hansı mühərrik qammasının hazırlandığı hələlik məlum deyil. Çox güman ki, mühərriklərin bir neçəsi indiki flaqman A8-dən götürüləcək. lakin bəzi mənbələrin verdiyi məlumata görə, A9-un kapotu altında yeni 12-silindrli mühərrik də peyda ola bilər.

A9 modeli 2017-ci ildə buraxılmalıdı və şirkətin model sırasının əvvəlində dayanacaq. Elə həmin mənbələr də bildirirlər ki, avtomobil tamamilə alüminium ban, lazer fənərlər və rəqəmsal cihaz paneli alacaq. Bundan əlavə, yeni nəsil informasiya-əyləncə sisteminin meydana gəlməsi də gözlənilir ki, onu, həmçinin sedan A8-in gələcək nəsli də alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.