Avto

İdman tüninqli BMW - FOTO

13 Sentyabr 2014 21:37
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikan şirkəti "Viga Design" və diler mərkəzi "Laurel BMW" birgə layihələrini - "BMW 435i Coupe"-ni təqdim ediblər. Avtomobil yüngül kosmetik yenilik alıb ki, bu da onun orijinal dizaynını pozmayıb, sadəcə Bavariya kupesinin idman xarakterini vurğulayıb. 

Milli.Az auto.az-a istinadən bildirir ki, "M Performance" aksessuarlarından və detallardan kifayət qədər fəal istifadə avtomobilin texniki hissəsini təkmilləşdirməyə imkan verib, təkcə onun dinamikasını deyil, həm də idarəetməsinin yaxşılaşdırıb. 

"BMW 4-Series"-i karbon qabaq splitterdən və baqaj qapağının spoylerindən ibarət aerodinamik "M Performance" ban asması sayəsində daha aqressiv ediblər. 

"Viga Design" mütəxəssisləri sedan "3-Series F30"-dan yan ətəklər və arxa bamper üçün yeni diffuzor quraşdırıblar. Bu bamperdə "Meistershaft" qazburaxma sisteminin 4 dairəvi borusu dayanıb. 

Avtomobilin banı 3M vinili, 20-düymlük "Vossen CV3" diskləri, qabaqda 285/30, arxada isə 285/25 ölçülü "Pirelli P Zero" şinləri sayəsində idman üslubunda hazırlanıb ki, bütün bunlar kupeni unikal edib. 

Ağ rəngdə banın üzərində 3 rəngli xətlər, qara dam və qırmızı arxa görünüş güzgülərinin korpusları və əyləc sisteminin supportları var. Bütün xromlaşdırılmış detallar qara rəngə boyanıblar, avtomobilin fərdiliyini tamamlamaq üçün isə qabaq şüşəyə "Viga" atelyesinin etiketini yapışdırıblar. 

Asılqanı qısaldılmış "H&R" yayları ilə təchiz ediblər ki, bu da dönmələri daha da yaxşılaşdırıb. 3,0-litrlik 6-silindrli tvin-turbo "M Power Kit" paketinin quraşdırılmasından sonra məhsuldarlığını daha 33 a.g. və 50 Nm artırıb. 

Xatırladaq ki, baza variatında bu mühərrik 306 a.g. və 400 Nm fırlanma anı verirdi. Şüşələr 35% tündləşdirilib, salonda idman sükanını, sürət qutusunun karbon ötürücü dəstəyini, əl əyləcinin karbon rıçaqını və xalılar görmək olar. 

Bütün bunlar da "M Performance" aksessuarlarından götürülüb. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.