Avto

Superlüks Mercedes-Benz Sprinter - FOTO

29 Avqust 2014 20:38
0 Şərh     Baxış: 3 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Brabus emalatxanası Moskva avtosalonunda Mercedes-Benz Sprinter bazasında hazırlanmış təkərlər üzərində əsl ofis təqdim edib. Yeni model Business Lounge adlandırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, maşının salonunda sərnişinlər üçün əsas yerlərin sayı cəmi dörddür (əlavə qatlama oturacaqlarla - 8). Qarşı-qarşıya quraşdırılmış müstəqil qatlama kürsülər kiçik fərdi stollarla və hər cür rahatlıqlarla təmin edilib. Onun içərisində əyləşən xoşbəxt insanın sərəncamında olacaq xüsusi multimedia sisteminə praktik olaraq hər cür planşet və noutbuk qoşula biləcək. Bundan başqa hər bir fərd biri 42, digəri 10 düymlük iki displey, soyuducu və kofe maşını ilə təmin edilib. Salon bir neçə növ dəri, alkantara və ağac materialı ilə işlənib.

Brabus eksteryeri də yaddan çıxarmayıb - bunlar 18 düymlük disklər, və həmçinin fərqli bamper və radiator barmaqlığıdır. Qiymət barədə isə Brabus hələlik susur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.