Avto

Vossen Wheels-li Nissan GT-R - FOTO

30 Avqust 2014 19:25
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Vossen Wheels" şirkətinin istehsalı olan eksklüziv təkər diskləri növbəti dəfə daha da eksklüziv avtomobil - Rocket Bunny asmasında yapon kupesi "Nissan GT-R"-i bəzədi. 

Milli.Az auto.az-a istinadən bildirir ki, parlaq-qırmızı kupe texniki yeniliklərdən başqa, texniki tamamlanma proseduru da keçdi ki, bu da onun hərəkət xüsusiyyətlərini yaxşılaşdırdı. Nəticədə tünerlər seriya modelindən hamıya tanış olan asiya tüninq üslubunda bütün parametrlərlə unikal idman avtomobili əldə etdilər. 

İkiqapılı superkar aşağısında enli önlük olan yenidən tərtib olunmuş qabaq bamper, təkər yarımhalqalarının genişləndiriciləri, arxa hissədə böyük palçıqqoruyucu və arxa bamperə quraşdırılmış böyük diffuzorla təmin olunub. 

Aşağıprofilli Toyo şinlərinə "bürünmüş", əyilmiş 10-milli Vossen VFS-1 diskləri, maksimal dərəcədə aşağı salınmış asılqan, dördborulu titan GReddy qazçıxma sistemi və qabaq bamperdə başqa formalı diodlu hərəkət işıqları bu avtomobili zavod variantından fərqləndirir. 

Nəhayət, çox tonlaşdırılmış şüşələr, kontrast qara detallar, yanlarda qara yazılar və əyləc sisteminin qızılı supportları avtomobili daha da nəzərəçarpan və individual etdi. 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.