Avto

Toyota-dan yeni Sienna - FOTOSESSİYA

25 İyul 2014 21:37
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Toyota şirkəti 2015-ci model ilinin Sienna minivenini təqdim edib. Yeni model Camry ilə eyni platformanı bölüşür.

Avtomobil yalnız benzin versiyasında buraxılacaq. O 266 a.g. olan 3.5 litrlik V6 və 187 a.g. hasil edən 2.7 litrlik 4 silindrli mühərriklərlə hərəkətə gətiriləcək. Baza versiyasında Toyota Sienna 2015 ön ötürmə ilə təchiz ediləcək. Miniven 5 və 7 nəfərlik versiyalarda buraxılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni versiyanın hazırkı modeldən əsas fərqi onun dizaynındadır. Minivenin xarici görünüşünə yenilik vermək üçün cihaz paneli yenidən işlənib və salonda yeni materiallardan istifadə edilib. Panoram kamera artıq standart təchizata daxil edilib. İkinci sıra kürsülər üçün xüsusi ayaqaltılar quraşdırılıb.

Opsiyada sürücüdən sağda 7 düymlük sensor displey və həmçinin cihaz panelində 4,2 düymlük başqa bir displey Conversation Mirror güzgüsü quraşdırılıb. Sonuncunun vasitəsilə sürücü arxa oturacaqlarda oturmuş uşaqların davranışlarına nəzarət edə biləcək. Quraşdırılmış mikrafonlar isə onlarla danışmağa imkan verəcək.

Yenilənmiş Toyota Sienna qiyməti hələlik açıqlanmır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.