Avto

İtalyanlar qayıtdılar - FOTO

28 İyul 2014 17:59
0 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yüngül idman avtomobillərinin azseriyalı buraxılışı ilə məşğul olan İtaliyanın Automobili Turismo e Sport (qısaca ATS) şirkətinin fəaliyyəti ilə çox az adam tanışdır. Keçən əsrin 60-cı illərindən italiyalılar ATS 2500, ATS Sport, ATS 2500 GT və ATS 250 GTO kimi şedevrlər buraxmış və sonra sportkarların buraxılışı dayandırılmışdı. Keçən il şirkət yenidən dirçəlib və müasir sportkar dinamikasına sahib olan tamamilə yeni ATS Leggera modelini təqdim edib.

ATS Leggera Shelby Cobra və Mazda MX-5 avtomobillərinə bənzər kiçik iki nəfərlik rodsterdir. Avtomobil həm xaricdən, həm də daxildən retro üslubda işlənib.

Yüngül materiallardan istifadə edilməsi səbəbilə avtomobilin tam təchizatla çəkisi 635 - 650 kq həddindədir. Modelin başlanğıc versiyası ATS 300 Leggera 240 güclü 1.6 litrlik turbo, növbəti versiya 365 Leggera analoji, lakin gücləndirilmiş və nəhayət zirvə 420 Super Leggera SS versiyası isə 280 a.g. hasil edən 2.2 litrlik mühərriklə təchiz edilib. Sonuncu versiya avtomobildən cəmi 5 nüsxə buraxılacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.