Avto

1,6 milyon dollarlıq qəza - FOTO

25 İyul 2014 20:15
0 Şərh     Baxış: 1 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çində xoşagəlməz hadisə baş verib. Heç də ucuz olmayan avtomobilləri daşıyan yük maşını qəzaya uğrayıb və böyrü üstə aşıb. Nəticədə bütün avtomobillər müxtəlif dərəcədə zədələnib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hadisə Syamın şəhərində baş verib. Qəzanın səbəbləri açıqlanmır, amma artıq bəzi faktlar məlumdur. Ondan başlayaq ki, yük maşını əvvəlcə Mazdaya toxunub və sonra aşıb. Qəzada ölən və ya yaralanan yoxdur.

Yük maşını 11 ədəd kifayət qədər bahalı avtomobil aparırmış. Onların arasında Porsche Macan, bir neçə BMW və Land Rover krossoverləri var. Onların ümumi qiyməti 1,6 milyon dollardan çoxdur.

Avtomobilləri daşıyan yük maşınının öz vəziyyəti də çox təəccüblüdür. Onun paslanması göstərir ki, maşın heç də yaxşı texniki vəziyətdə olmayıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.