Avto

Yeni Kia Sorento - FOTO

25 İyul 2014 22:54
0 Şərh     Baxış: 1 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2012-ci ildə krossover "Kia Sorento" restaylinq edildi. O, yeni qabaq bamper, yeni optika və təkmilləşdirilmiş radiator barmaqlığı aldı. Həmin vaxtdan model dəyişilməyib, lakin koreyalılar növbəti "Sorento" nəsli üzərində çalışırlar. Avtomobil sentyabr ayında Koreya Respublikasında, bir qədər sonra isə - noyabr ayında Los-Ancelesdə təqdim ediləcək. 

Milli.Az auto.az-a istinadən bildirir ki, bu yaxınlarda krossoverin ilk eskizləri internet şəbəkəsində peyda oldu. Eskizlərə əsasən "Kia Sorento"-da elə də inqilabi dəyişiklik edilməyib. Ümumiyyətlə, şəkillərdə "Sorento" krossoverdən daha çox minivenə bənzəyir. Güman edilir ki, seriyalı versiya kifayət qədər hündür klirens alacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.