Cəmiyyət

Bakıda sürücülər və piyadalar üçün yeni xəbər

23 Dekabr 2013 17:01
0 Şərh     Baxış: 3 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Gənclik" metrostansiyası yaxınlığında iki piyada keçidində işlər başa çatıb, hazırda əlavə olaraq 4 keçid inşa olunur.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə açıqlamasında bildirib ki, hazırda Qələbə meydanında iki piyada keçidində işlər başa çatıb:

"Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən iki keçiddə tikinti-quraşdırma işləri başa çatıb. Hazırda keçidin daxilində mərmər vurulması və eskalatorların quraşdırılması işi aparılır".

Onun sözlərinə görə, Nəsib bəy Yusifbəyli küçəsindəki tunelin çıxışında və "Gənclik" metrostansiyası istiqamətində və stansiyanın ikinci çıxışında - Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsi hissəsində tikilən piyada keçidlərində isə keçidlərin alt hissəsinin qazılması və beton işləri gedir.

Ümumilikdə piyada keçidlərinin 2014-cü ilin yaz aylarında istismara verilməsi planlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.