Ermənistan

Adi kəndi də dünyaca məşhur etmək olar - FOTO

17 May 2017 13:17
0 Şərh     Baxış: 969

Adi, gözdən-könüldən uzaq, əyalətin lap ucqarında yerləşən kəndi istək, həvəs, istedad və bacarıq olarsa, dünyaca məşhurlaşdırmaq, sosial şəbəkələrin fenomeninə döndərmək mümkündür.

Necə ki, İndoneziyada bunu bacarıblar.

Milli.Az Jakarta Post-a istinadən bildirir ki, İndoneziyanın Mərkəzi Yava əyalətindəki Randusari bölgəsində yerləşən kiçik Kampunq Pelanqi kəndi indi ölkədə turistlərin axın etdiyi məkanlardan birinə dönüb.

Səbəbsə kənd sakinlərinin istetadı, istəyi və iradəsidir.

Onlar 300 milyon İndoneziya rupisi, yəni təqribən 22500 dollar xərc çəkərək kənddəki evlərin hər birini al-əlvan boyayıblar. Divarlar, hasarlar, damlar - hər tərəf parlaqdır, fərqli rəngdədir.

Beləcə, Kampunq Pelanqidəki normal evlərlə bahəm, yastı-yapalaq komalar, daxmalar da gözəlləşib.

Kənddəki 232 ev tam dəyişib.

Kəndin fotoları sosial şəbəkələrdə, xüsusilə də İnstagram-da sürətlə yayılır.

Semaranq şəhərinin meri Hendrar Prihadi də kəndin abadlaşdırılmasında, boyanmasında iştirak edib. O, bir neçə evi özü boyayıb.

Kəndin dəyişməsi prosesi bir il davam edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.