Ermənistan

Erməni hərbçinin ölüm səbəbi - çay, qəhvə, qab-qacaq və söyüşlər...

9 Fevral 2017 13:36
1 Şərh     Baxış: 2 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanvarın 25-də müqavilə üzrə xidmət edən hərbi qulluqçu Şavarş Qalstyanın ölüm faktına görə onun xidmət yoldaşı həbs olunub. Milli.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hələlik istintaq orqanı həbs edilən şəxsin kimliyini açıqlamır.

Fevralın 7-də İstintaq komitəsindən bildiriblər ki, saxlanılan şəxsə qarşı Ermənistan CM-nin 359-cu (tabeçilik münasibətləri olmadıqda hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərə dair nizamnamə qaydalarının pozulması) maddəsinə əsasən ittiham irəli sürülüb.

Əvvəllər isə ölüm faktına görə "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanmışdı.

İstintaq orqanının məlumatında deyilir ki, hərbi qulluqçunun meyidi hərbi hissələrdən birində döyüş mövqeyində oturmuş vəziyyətdə, çənəsindən avtomat silahdan atılmış güllə yarası ilə, yanında da "AKM" silah və mərmisi tapılıb.   

"Təyin edilib ki, növbədəki digər nəzarətçi Qalstyanı mütəmadi olaraq istismar edir, öz üstünlüyünü göstərmək üçün ona şəxsi xarakterli tapşırıqlar verir, ona qəhvə, çay dəmlədib, çirkli qabları yudurdub, bundan əlavə, onu söyərək ləyaqətini təhqir edirmiş," - deyə məlumatda bildirilir.

Hazırda istintaq əməliyyatları davam edir, daktiloskopik və məhkəmə-ballistik ekspertizası təyin olunub.

Zabit Əsgərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.