Ermənistan

Erməni hərbçisi külə döndü

5 May 2016 19:43
7 Şərh     Baxış: 2 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda qəza nəticəsində müqavilə üzrə xidmət edən hərbçi ölüb.

Milli.Az-ın məlumatına görə, oxu.az "shamshyan.com"a istinadən xəbər verir ki, qəza Ermənistanın Qeqarkunik vilayətində baş verib.

Gecə yarısına yaxın vilayətin xilasetmə xidmətinə Astxadzor kəndinin yaxınlığında Martuni-Vardenis yolunda avtomobilin yanması haqqında zəng daxil olub.

Məlum olub ki, Qeqarkunik vilayətinin sakini, 27 yaşlı hərbçi Samvel Saakyanın sükan arxasında olduğu "Vօlkswagen Passat" avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində maşın yanıb. Xilasedicilər tamamən yanan maşında hərbçinin külə dönmüş meyitini tapıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.