Ermənistan

Erməni etirazçılardan yeni tələb

2 Avqust 2015 09:59
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı çıxış edən etirazçılar "Ermənistan Elektrik Şəbəkələri" paylaşdırıcı şirkətinin milliləşdirilməsini tələb ediblər.

Bu barədə APA "TASS"a istinadən xəbər verir.
 
Paylaşdırıcı şirkət Rusiyanın "İnter RAO" korporasiyasının törəmə müəssisəsidir.
 
"Qalx, Ermənistan!" vətəndaş hərəkatının Şurası paylaşdırıcı şirkətinin milliləşdirilməsindən başqa, ölkədə tarifləri formalaşdıran İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Dövlət Komissiyasının ləğv olunmasını da tələb ediblər.
 
Xatırladaq ki, iyunun 17-də İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Dövlət Komissiyası  "Ermənistan Elektrik Şəbəkələri" paylaşdırıcı şirkətinin sorğusunu təmin edərək, avqustun 1-dən elektrik enerjisi tariflərinin 16,7 faiz qaldırılmasına dair qərar verib.
 
Qeyd edək ki, "Ermənistan Elektrik Şəbəkələri" paylaşdırıcı şirkəti 100 faiz Rusiyanın "İnter RAO" korporasiyasına məxsusdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.