Amerika

Swarovski-nin sahibi qızına toy etdi - FOTO

21 İyun 2017 09:50
6 Şərh     Baxış: 2 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düynanın ən zəngin gəlinlərindən biri, Avstriyanın Swarovski şirkətinin sahibi Paul Swarovskinin qızı, 23 yaşlı Viktoriya Swarovskinin toyu olub.

Milli.Az European-a istinadən bildirir ki, Avstriyanın populyar müğənnilərindən olan Viktoriya Swarovskinin nikah və toy mərasimləri İtaliyanın Triest şəhərində olub.

V.Swarovski Almaniyanın Münhen şəhərində yaşayan investor, 40 yaşlı Verner Murza ərə gedib.

San-Custo kilsəsindəki nikah mərasiminə 250 qonaq qatılmışdı.

Gəlinin əynindəki 8 metr uzunluğunda ətəyi olan paltar 500 min Swarovski qaşı ilə bəzədilmişdi. 46 kq ağırlığı olan bu geyimin dəyəri 1 milyon dollardır.

Gəlinin geyimi dizayner Maykl Çinçonun, ayaqqabıları Birləşmiş Ərəb Əmirliklərində çalışan dünyaca məşhur dizayner Cimmi Çusun əsərləri idi.

Gəlin toyda bir neçə mahnı da ifa edib.

Daha sonra qonaqlar "Falisia Resort and Spa" restoranındakı "The Piazetta" restoranına yollanıblar.

3 gün davam edən toya on milyonlarla avro pul xərclənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.